HADİSƏ

Sumqayıtda güclü yanğın

İkimərtəbəli tikilinin 400 m² sahəsi yanıb
Sputnik

BAKI, 6 iyun — Sputnik. Sumqayıt şəhərində güclü yanğın olub. 

Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, şəhərdə ümumi sahəsi 2000 m² olan ikimərtəbəli tikilinin (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları 800 m² sahədə və dam örtüyü 400 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.