QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İxtilaf böyüyür - Qarşı tərəf Paşinyanın cavabını verdi

Bako Saakyan bildirib ki, "ermənilərin birliyinə" mane olmaq yolverilməzdir və belələri varsa, cəzalandırılacaqlar. 
Sputnik

BAKI, 6 iyun - Sputnik. Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyan Nikol Paşinyanın ittihamlarına cavab verib.

Çətin vəziyyətə düşən Paşinyan Qarabağ klanına müraciət etdi

Xatırladaq ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan Dağlıq Qarabağdan olan siyasətçiləri ikili oyun oynamaqda ittiham etmişdi. O, həmçinin bildirmişdi ki, "DQR" rəhbərliyinin əvvəllər Qarabağ münaqişəsinin həlli üzrə danışıqların gedişindən xəbəri olmayıb.

Bako Saakyan isə bildirib ki, "ermənilərin birliyinə" mane olmaq yolverilməzdir və belələri varsa, cəzalandırılacaqlar. 

O, həmçinin qeyd edib ki, "DQR" rəhbərliyinin əvvəllər də Qarabağ probleminin tənzimlənməsi üzrə danışıqların gedişindən xəbərləri olub.