BAKI, 6 iyun — Sputnik. Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Polis Bölməsinin rəisi Tahir Həsənov yaşa görə işdən azad olunub.
Onun yerinə Şəmkir rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin rəisi Polis polkovniki-leytenantı Üzeyir Atamov təyin edilib.