Nazarbayev gözlənilməz istefasının səbəblərini açıqladı

O, istefa qərarını dövlətin sabitliyi, gələcək və son 30 ildə həyata keçirdiyi siyasətin davamlılığı naminə qəbul etdiyini bildirib
Sputnik

BAKI, 6 iyun — Sputnik. Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev niyə vəzifəsindən ayrıldığını açıqlayıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Nazarbayev respublika Senatının plenar iclasında çıxışı zamanı qəbul etdiyi istefa qərarını düşünülmüş və normal adlandırıb.

Nazarbayev Paşinyandan başqa hamını mükafatlandırdı

O, istefa qərarını dövlətin sabitliyi, gələcək və son 30 ildə həyata keçirdiyi siyasətin davamlılığı naminə qəbul etdiyini bildirib.       

Nazarbayev bu addımının hakimiyyətin ötürülməsi məsələsini necə həll etməyin nümunəsi olduğunu deyib. 

Nursultan Nazarbayev 1990-cı ildən etibarən təxminən 30 il Qazaxıstanın prezidenti vəzifəsində olub. O, 20 martda öz vəzifəsindən ayrıldığını açıqlayıb.

Hal-hazırda Nazarbayevin səlahiyyətlərini yeni prezident seçilənə kimi Senatın keçmiş sədri Kasım-Comart Tokayev həyata keçirir. 

Ölkədə növbədənkənar prezident seçkiləri 9 iyunda keçiriləcək. Namizədlər arasında Tokayev də daxil olmaqla yeddi nəfər var.