BAKI, 6 iyun — Sputnik. Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfərinin tarixi açıqlanıb.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, səfər iyunun 20-21-də baş tutacaq.
Gürcüstan parlamentinin sədri Azərbaycana səfəri çərçivəsində müzakirə edəcəyi məsələləri açıqlayıb. Spiker jurnalistlərə bildirib ki, Azərbaycan Gürcüstana dost ölkə və strateji tərəfdaşdır.
O deyib ki, iki ölkə arasında sərhəd məsələsi bu münasibətlərə uyğun formada danışıqlar yolu ilə həll olunacaq: "Azərbaycana rəsmi səfər çərçivəsində Keşikçi Dağı Məbəd-Kompleksi məsələsi, çoxşaxəli ikitərəfli əlaqələr və əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq".