BAKI, 5 iyun - Sputnik. Moskva vilayəti Krasnoqorsk şəhər Məhkəməsi Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) keçmiş xüsusi təyinatlısı Nikita Belyankini qətlə yetirməkdə ittiham edilən Sergey Xocoyan barəsində iki aylıq həbs qəti-imkan tədbiri seçib.
Sergey Xocoyan avqustun 2-dək həbsdə qalacaq. O, öz günahını etiraf etmir.
Daha öncə bu iş üzrə Narek Stepanyan həbs olunub.
Nikita Belyankin iyunun 2-də kütlənin döydüyü kişini xilas etmək istərkən aldığı bıçaq yaralarından ölüb.