HADİSƏ

Hay-küylü oğurluğu törətmiş şəxs tutuldu

Həmin şəxsin mağazanın təhlükəsizlik kameralarının köməkliyi ilə tapıldığı bildirilir
Sputnik

BAKI, 5 iyun - Sputnik. “Bazarstore” super marketində müştərinin 30 min manatlıq qızıllarını oğurlayan şəxs tutulub.

“Report” xəbər verir ki, bu, 32 yaşlı Fuad Hacıyevdir.

Həmin şəxsin mağazanın təhlükəsizlik kameralarının köməkliyi ilə tapıldığı bildirilir.

Oğurlanmış qızılların taleyi barədə isə məlumat yoxdur.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, üç gün əvvəl “Bazarstore”un Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mağazasında Abik Davidoviçə məxsus içərisində 30 min manatlıq qızıl-zinət əşyaları olan çanta oğurlanmışdı.