HADİSƏ

Astarada 6 min manat məbləğdən çox oğurluq edənlər saxlanıılb

Faktla bağlı Astara Rayon Polis Şöbəsində başlanılmış cinayət işinin istintaqı davam etdirilir
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 5 iyun - Sputnik. Astarada oğurluq edən dəstə üzvləri saxlanıb.

Bu barədə Sputnik Azərbaycan-ın Cənub Mərkəzinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan məlumat verilib.

Belə ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara şəhər sakini E.Əhmədov DİN-in “102 xidməti-zəng mərkəzi”nə müraciət edərək gecə saatlarında ona məxsus telefon mağazasından dəyəri 4700 manat olan 15 ədəd mobil telefon, 1700 manat dəyərində danışıq kartları və 300 manat pulun oğurlandığını bildirib.

Astara Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə oğurluğu törətmiş şəxslər - Cəlilabad rayon sakini Vüqar Həsənov, Lənkəran rayon sakini İmran Eynəliyev və daha 2 nəfər yeniyetmə müəyyən edilərək saxlanılıb. Oğurlanmış mobil telefonlar, danışıq kartkarı və pul saxlanılan şəxslərdən aşkar edilərək götürülüb. Hazırda onların digər analoji faktlarda iştirakının olub-olmadığı araşdırılır.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində başlanılmış cinayət işinin istintaqı davam etdirilir.