BAKI, 5 iyun - Sputnik. İranın ali dini lideri ayətullah Əli Xameneyi bir daha başda ABŞ olmaqla düşmənlərə qarşı müqavimət göstərməyin vacib olduğunu vurğulayıb.
Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, ali dini lider son illərdə harada müqavimət göstərdilərsə, irəliyə getdiklərini söyləyib, ABŞ-ın yaxınlaşmasına icazə verməməyin vacib olduğunu dilə gətirib.
Ali dini lider, müqavimət göstərməyin imam Xomeyninin ən bariz xüsusiyyətlərdən biri olduğunu qeyd edib.
Əli Xameneyi bu gün müqavimət cəbhəsinin hər zamankından daha güclü olduğunu, ABŞ-ın Liviya, İraq, Suriya, Fələstin və digər bölgələrdə məğlubiyyətinin müqavimət cəbhəsinin gücünü ortaya qoyduğunu diqqətə çatdırıb.