HADİSƏ

Terrorçulardan bayram təbriki - 10 nəfər öldürüldü

Misirdə terror aktı törədilib, 10 polis ölüb
Sputnik

BAKI, 5 iyun - Sputnik. Misirin şimalında terrorçuların nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub.

APA xəbər verir ki, müsəlmanlar Ramazan bayramı münasibətilə ibadət edərkən terrorçuların hücumuna məruz qalıblar.

Məlumata görə, hücumu törədən şəxslərdən 5-i polis tərəfindən zərərsizləşdirilib.

Heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.