BAKI, 5 iyun - Sputnik, Kəmalə Əliyeva. Rusiyanın Xalq artisti Filipp Kirkorov azərbaycanlı ekstrasens Zirəddin Rzayevin oğlu Ruslana xeyir-dua verib. Sputnik Azərbaycan-ın məlumatına görə, Ruslan Rzayev gələcəkdə ulduz olmaq niyyətindədir.
Zirəddin Rzayev isə bu məlumatı Instagram sosial şəbəkəsində paylaşıb. O bildirib ki, Kirkorov sağ əlini Ruslanın başına qoyaraq bu oğlanın gələcəkdə onun kimi məşhur olacağını deyib.
"Hörmətli Filipp Kirkorov, oğluma xeyir-dua verdiyinə görə Sizə minnətdaram", - Rzayev yazıb.
Ruslan Rzayev artıq neçə ildir ki bal rəqsləri ilə məşğul olur və gələcəkdə peşəkar rəqqas olmaq arzusundadır.