Rada Zelenskinin təşəbbüsünü rədd etdi

Sənədin parlamentin gündəminə çıxarılmasını yalnız 110 deputat dəstəkləyib
Sputnik

BAKI, 5 iyun — Sputnik. Ukraynanın Ali Radası dövlət başçısının impiçmentinə dair qanun layihəsinin müzakirə etməyəcəyini bildirib. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, qanun layihəsi Prezident Vladimir Zelenski tərəfindən parlamentə təqdim edilibmiş.

Zelenski Rusiya ilə danışıqlardan imtina etdi

Sənədin parlamentin gündəminə çıxarılmasını yalnız 110 deputat dəstəkləyib. Qanun layihəsinin müzakirəsi üçün 226 səs lazım idi.

Bir qədər əvvəl, Zelenski Radanın buraxılması və 21 iyulda növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalamışdı. Ukrayna Prezidentinin parlamentdə təmsilçisi Ruslan Stefançuk bildirib ki, impiçment haqqında qanunun Radanın yeni tərkibi tərəfindən qəbul olunacağına ümid edir.

Ukraynada prezidentə qarşı etimadsızlıq votumunu elan etmək çətin prosesdir. Bir tərəfdən bunun üçün "İmpiçment Haqqında" xüsusi qanunun qəbul olunması lazımdır. Digər tərəfdən isə prosesin həyata keçməsi çox qarışıq və çətindir. Ukrayna konstitusiyasına əsasən, prezidentin impiçmenti onun dövlət xəyanəti və ya digər cinayət törətdiyi halda elan edilə bilər.