BAKI, 5 iyun - Sputnik. "Türkiyə ABŞ istehsalı olan "F-35" tipli qırıcıları əldə etmək istəyirsə Rusiya istehsalı olan S-400 zenit raket komplekslərindən imtina etməlidir". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Birləşmiş Ştatların NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçinson "CNBC" telekanalının efirində bəyan edib edib.
Onun sözlərinə görə, Moskva ABŞ və NATO-nun əsas rəqibidir və bu ölkə daima alyansı zəiflətmək istəyir. Ona görə də Türkiyə ABŞ raketlərinə qarşı durmaq üçün yaradılan bu silahlara malik olmalı deyil.
Hatçinson qeyd edib ki, Türkiyə özü qərar vermək iqtidarında olan suveren ölkədir: "Lakin onun ərazisində S-400-lər olarsa, Ankara "F-35"-lər almayacaq. Siz seçim etməlisiniz. Sizdə bunlardan biri olmalıdır".