CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Teatrın təbliğatı yox dərəcəsindədi - İntiqam Soltan çətinliklərdən danışdı

Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, Azərbaycanın əməkdar artisti İntiqam Soltan deyir ki, teatrlarımızda Stalin dövründən qalan sitem davam etdirilir
Sputnik

Beynəlxalq Mətbuat Mərkəzində “İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Teatrların PR işi necə təşkil olunur?” mövzusunda tədbir keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, Azərbaycanın əməkdar artisti İntiqam Soltan teatrlarda PR işinin qurulmasından danışıb.

O bildirib ki, bu gün teatrların təbliği ilə bağlı işlər zəif görülür: “İş adamları da bunu gördüyü üçün bu sahə ilə bağlı hansısa addım atmağa risk etmirlər. Biz teatrların tanıdılmasından danışırıq, digər tərəfdən isə məktəblərdə teatrların fəaliyyətinin qadağan olunması üçün işlər görülür. Məktəbdə teatrı tanımayan uşaq gələcəkdə teatrı necə sevə, tanıya bilər?! Bəzi şəxslər uşaq teatrının dövlət teatrı olması barədə xəbərsizdir. Biz tənqid etmək üçün çox şey tapa bilərik. Ancaq yanlışlıq teatra yanaşmanın kökündədir. Bu gün bizim teatrlarımızda Stalin dövründən qalan sistem davam etdirilir. Bu da teatrın inkişafı üçün ən böyük əngəllərdən biridir”.

İntiqam Soltanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz