Sarqsyanın qardaşı oğlu Ermənistana ekstradisiya ediləcək

O, 2018-ci ilin dekabrında Praqada qanunsuz silah və narkotik saxlamağa görə İnterpol tərəfindən saxlanılıb
Sputnik

BAKI, 4 iyun — Sputnik. Çexiyanın paytaxtı Praqa şəhərinin məhkəməsi Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanın ölkəsinə ekstradisiyası barədə qərar qəbul edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Xatırladaq ki, Narek Sarqsyan 2018-ci ilin dekabrında axtarışa verilib və 2018-ci ilin dekabrında Praqada qanunsuz silah və narkotik saxlamağa görə İnterpol tərəfindən saxlanılıb. Sənədləri yoxlanılarkən onun üzərindən Franklin Qonsalesin adına saxta Qvatemala vətəndaşı pasportu aşkar edilib.