HADİSƏ

Bakıda ağır qəza: Şagirdlər iki avtomobilin arasında qaldı – VİDEO

Şagirdlərdən biri daxili qanaxma ilə xəstəxanaya çatdırılıb
Sputnik

BAKI, 4 iyun — Sputnik. Bakıda məktəblərdən birinin qarşısında ağır qəza baş verib. Sputnik Azərbaycan avtosfer.az-a istinadla xəbər verir ki, qəzanın baş vermə anı təhlükəsiz şəhər kamerasına düşüb.

Belə ki, "VAZ-2107" markalı, üzərində "taksi" nişanı olan avtomobilin sürücüsü 4 şagirdi məktəbə düşürüb. Şagirdlər yolu keçmək istəyən zaman asta sürətlə "Mercedes" markalı avtomobil onların qarşısından keçib. Şagirdlər bir anlıq dayanıb "Mercedes"in keçməsini gözləyiblər. Birdən "VAZ-2107" markalı avtomobil hərəkət edib, sürətlə uşaqların dayandığı yerə gəlib, şagirdlərə çırpılaraq, onları "Mercedes" markalı avtomobilə sıxıb. Ətrafdakılar "07"-ni əlləri ilə geri çəkiblər. Görünür, avtomobildə nasazlıq yaranıb, yaxud sürücü əyləc yerinə qazı basıb.

Olay zamanı ölən olmasa da, şagirdlər ağır yaralanıb.

Məlumata görə, qızlardan biri daxili qanaxma ilə xəstəxanaya çatdırılır. Hadisənin video görüntüsünü təqdim edirik.