CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Havaların istiləşməsi körpələr üçün təhlükə yaradır

Cəlal İsayev istehlakçıları mənşəyi bəlli olmayan məişət məhsullarından uzaq olmağa səsləyib
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 4 iyun — Sputnik. "Havaların istiləşməsi mədə-bağırsaq bakteriyalarının yayılmasına geniş imkan yaradır. Nəticə etibarı ilə ərzaq məhsullarının emalı, saxlanması, daşınması zamanı bu törədicilərin yayılma ehtimalı yaranır. Bu kimi halların vüsət almaması üçün məhsulları daşıyar, emal edər və saxlayarkən diqqətli olmaq tövsiyə edilir".

Yeni bakteriya aşkarlanıb, antibiotiklər təsir etmir

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib. O istehlakçıları mənşəyi bəlli olmayan məişət məhsullarından uzaq olmağa səsləyib: "Xüsusən də mənşəyi bəlli olmayan ət və ət məhsullarından uzaq olmağı tövsiyə edirik. Bundan başqa, evdə hazırlanan, mağazalarda satılan şirniyyat məhsullarını istehlak edərkən də onun təzə olmasına diqqət yetirmək lazımdır".

"Meyvə-tərəvəzin daha çox alınması, mənşəyi bəlli olmayan suların içilməsi bu cür infeksiyaların yayılmasına daha çox şərait yaradır. Belə arzuolunmaz halların baş verməməsi üçün şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır. Xüsusən də övladlarını qorumaq üçün valideynlərə bu cür qaydalara riayət edilməsində diqqətli olmağı məsləhət görürəm. Çünki bu cür infeksiyalar uşaqların ən çox sevdiyi məhsullardan biri olan dondurmadan da yayıla bilər. Açıq şəkildə qaşıqla satılan dondurmalardan uzaq olmaq lazımdır" – deyə həmsöhbətimiz əlavə edib.

C.İsayev bildirib ki, havaların istiləşməsinə baxmayaraq, hələ ki, bununla bağlı hər hansı şikayət daxil olmayıb.