BAKI, 4 iyun — Sputnik. Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Atbulq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yol qəzası nəticəsində 2 nəfər ölüb.
İlkin məlumata görə, “Vito” markalı, B 017 KN 134 dövlət nömrə nişanlı avtomobil anidən idarəetməni itirərək aşıb. Nəticədə Rusiya vətəndaşı olan azərbaycanlılar hadisə yerində ölüb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.