CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çimərliklərin durumu bir neçə gün sonra bəlli olacaq

Sanitar-Epidemiologiya Mərkəzi tərəfindən çimərliklərdə monitorinq davam edir
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 4 iyun — Sputnik. "Abşeron rayonunun inzibati ərazisində yerləşən çimərliklərdə dəniz suyunun laboratoriyasını aparırıq. Götürülmüş nümunələrin tədqiqatı aparılır. Lakin hələ ki yekun nəticələr bəlli deyil".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. Onun sözlərinə görə, nəticələr iyunun 5-6-da açıqlanacaq.

Qeyd edək ki, laboratoriya nəticələri əldə edildikdən sonra bu haqda ictimaiyyətə də məlumat veriləcək.