CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Cəmiyyətdə dini inanca hörmət tam olaraq formalaşmayıb” – teoloq

On bir ayın sultanı hesab edilən Ramazan ayı artıq bitmək üzrədir. Bununla əlaqədar olaraq, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Ramazan bayramının və oruc tutmanın müasir Azərbaycan cəmiyyətindəki rolu və əhəmiyyəti müzakirə olunub.
Sputnik

Dəyirmi masa formatında keçirilən müzakirələrə Azərbaycan İlahiyyat İnstitutunun elmi əməkdaşı Hacı Adil Hüseynoğlu, Əməkdar jurnalist Azər Həsrət, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və İctimai Fikir Tarixi şöbəsində elmi işçi Elvusal Məmmədov və Qarabağ Qaziləri ictimai birliyinin idarə heyətinin üzvü Babək Qoca qoşulub.

Qonaqlar orucun yalnız fərdi deyil, ictimai xeyirlərin də olduğunu, oruc fəlsəfəsinin yalnız ac qalmaq olmadığını, ən əsası isə cəmiyyətimizdə dini inanca ehtiramın tam olaraq formalaşmadığını qeyd ediblər. Daha ətraflı videomuzda izləyin.