Sarqsyan aprel məğlubiyyətinə görə dindiriləcək

Komissiyanın müəyyən səlahiyyətləri var və dəvət olan şəxslər mütləq iclasa qatılmalıdırlar
Sputnik

BAKI, 4 iyun — Sputnik. Ermənistanın sabiq prezidenti Serj Sarqsyan lazım olarsa dörd günlük aprel hadisələrinin araşdırılması üzrə komissiyaya dəvət olunacaq. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Parlamentinin təhlükəsizlik və müdafiə üzrə daimi komitəsinin üzvü Tiqran Karapetyan 2016-cı ildə baş verənlər dair baş tutacaq ilk iclas barədə danışarkən bildirib.

Paşinyan getdi: Ermənistan hökumətinə yeni şəxs başçılıq edəcək

"Aprellə bağlı cəmiyyəti maraqlandıran bütün məsələləri müzakirə edəcəyik. Bizim hazırkı və ya sabiq rəhbərlikdən kimisə dəvət etməməyə dair məhdudiyyətimiz yoxdur. Əgər Serj Saqrsyanı dəvət etmək zərurəti olarsa onu da dəvət edərik" - deyə Karapetyan qeyd edib.

Onun sözlərinə görə, Komissiyanın müəyyən səlahiyyətləri var və dəvət olan şəxslər mütləq iclasa qatılmalıdırlar. Parlamentari qeyd edib ki, cavabların əldə olunmasında yalnız Ermənistan deyil, "Qarabağ"-da maraqlıdır.

Qeyd edək ki, mayın 31-i Ermənistan Parlamentinin Spikeri Ararat Mirzoyan dörd günlük aprel müharibəsinin araşdırılması üzrə komissiyasının yaradıldığını bildirib.