Rusiya dünyaya yeni müdafiə sistemini göstərdi

Sistem şərti hədəfi təyin edilmiş dəqiqlikdə vurub
Sputnik

BAKI, 4 iyun — Sputnik. Rusiya yeni raketdən müdafiə sistemini sınaqdan keçirib. Sputnik AzərbaycanRİA Novosti”-yə istinadən xəbər verir ki, sınağın video görüntüləri “Zvezda” telekanalında göstərilib.                 

Sınaq Qazaxıstanda yerləşən Sarı-Şaqan poliqonunda keçirilib. Videoda raketin starta necə hazırlandığını görmək olar. Həmçinin, start anı bir neçə rakursdan göstərilir.                         

Aerokosmik Qüvvələrin raketdən müdafiə birləşməsinin komandiri polkovnik Vladimir Sergienkonun sözlərinə görə, raket şərti hədəfi təyin edilmiş dəqiqlikdə vurub.

Raketdən müdafiə sistemi artıq Aerokosmik Qüvvələrin xidmətindədir və hava-kosmik hücum vasitələrinin zərbələrindən qorunmaq üçün istifadə olunur.