BAKI, 4 iyun — Sputnik. "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Moskvanın mərkəzində yerləşən binasına bomba yerləşdirilməsi haqqında daxil olan telefon zəngindən sonra orada axtarışlar başlayıb.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, Zubovskiy bulvarında yerləşən binada partlayıcıya oxşar əşyaların axtarışı keçirilib və heç nə tapılmayıb.
Daha dəqiq yoxlama üçün kinoloqların axtarıcı itlə gəlməsi gözlənilir.
Bomba yerləşdirilməsi haqqında məlumatlar dalğası bu ilin yanvarında başlamış və Rusiyanın bir çox şəhərini əhatə etmişdi.
Bundan əvvəl, 2017-ci il 11 sentyabr tarixindən başlayaraq bomba yerləşdirilməsi haqqında kütləvi halda zənglər qeydə alınmışdı. Rusiya Federal Təhlükəsizlik Xidmətinin bildirdiyinə görə, anonim zənglər dalğası Rusiyanın 85 regionundan 75-ni əhatə etmişdi. Lakin heç bir halda təhlükə haqqında zənglər öz təsdiqini tapmamışdı.