İsrailin Suriya əarazisinə zərbə endirməsi beynəlxalq ajiotaj yaradıb. Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, ABŞ, Rusiya və İsrailin Suriyadakı vəziyyəti nizama salmaq üçün pərdəarxası danışıqlar aparmasına dair iddialar var:
“Suriyada mövcud olan 100 mindən artıq İran silahlı qüvvələri onları qayğılandırır. Çünki İran oradan heç zaman çıxmayacaq və buna hazır deyil. Həmçinin iyunda Qüdsdə Suriya məsələsi ilə bağlı görüş keçiriləcəyi haqqında məlumatlar yayılır. Suriyadakı bombardmanlar Bəşər Əsədi müdafiə edən qüvvələrə qarşı yönəlib. Suriya ətrafında vəziyyət qeyri-müəyyəndir və İsrail bundan istifadə edərək ağır vəziyyəti bir qədər də çətinləşdirir”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz