HADİSƏ

Özünü Qarabağ kanalına atan gənc qadın xilas edildi

Köməksiz vəziyyətdə qalan 26 yaşlı qadını Xankəndi şəhər məcburi köçkünü Adıgözəlov Şamo Cəlil oğlu xilas edib
Sputnik

BAKI, 3 iyun — Sputnik. Bərdə rayonunda özünü Qarabağ kanalına ataraq intihar cəhd edən 26 yaşlı qadın xilas edilib

Şagirdi intihar edən məktəbin direktoru barəsində hökm verildi

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, Bərdə rayonunun Şorəlli kənd sakini, 1993-cu il təvəllüdlü R.B özünü Qarabağ su kanalına atıb. Köməksiz vəziyyətdə qalan 26 yaşlı qadını Xankəndi şəhər məcburi köçkünü Adıgözəlov Şamo Cəlil oğlu xilas edib. Qadın Sudan çıxarıldıqdan sonra Ş. Adıgözəlovun köməkliyi ilə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Ağır vəziyyətdə olan gənc qadın həyatını xilas etmək mümkün olub.

Qadının hansı səbəbdən intihara cəhd etməsi bilinmir.