BAKI, 3 iyun - Sputnik. İnternetdə Suriyanın Xoms əyalətindəki T4 hərbi bazasına İsrailin endirdiyi raket zərbəsinin kadrları peyda olub. Sputnik Azərbaycan-ın məlumatına əsasən, kadrlarda yanğın, parıltı və partlayış görünür.
Bundan əlavə, SANA agentliyi Suriya HƏM qüvvələrinin raket zərbəsinin dəf edilməsinə dair fəaliyyətini göstərən kadrları yayıb.
Suriya tərəfinin dediyinə görə, raket zərbəsi 1 nəfərin həlak olmasına, iki nəfərin isə yaralanmasına səbəb olub. Həmçinin aerodromun infrastrukturu zədələnib. Suriya HƏM iki raketi vuraraq hücumu dəf edib.