İrandan cavab gecikmədi: ABŞ sözdə deyil, əməldə dəyişiklik etməlidir

A.Musəvi deyib ki, İran üçün  kəlmələr və gizlin məqsədlərin yeni sözlərlə deyilməsi ölçü vahidi deyil, əsas ABŞ-ın əməldə İrana qarşı rəftarını dəyişməsidir.
Sputnik

BAKI, 3 iyun — Sputnik. İran Xarici İşlər Nazilriyinin sözçüsü Seyid Abbas Musəvi ABŞ dövlət katibi Mayk Pompeonun “heç bir ilkin şərt olmadan İranla müzakirə etməyə hazırıq” sözlərinə münasibət bildirib.

İran hədələdi: İlk güllə neftin qiymətini 100 dollara qaldıracaq

Sputnik Azərbaycan-ın xarici mətbuata istinadla məlumatına görə, Musəvi qeyd edib ki, İran dövləti ABŞ-ın sözdə deyil, əməldə dəyişiklik etməsini gözləyir.

A.Musəvi deyib ki, İran üçün  kəlmələr və gizlin məqsədlərin yeni sözlərlə deyilməsi ölçü vahidi deyil, əsas ABŞ-ın əməldə İrana qarşı rəftarını dəyişməsidir.

O, Pompeonun İrana qarşı  təzyiqlərin artırılmasına təkid etməsinin ABŞ-ın düzgün olmayan öncəki rəftarının davam etdirilməsinin göstərcisi olduğunu deyib.

Qeyd edək ki, bir müddət öncə ABŞ dövlət katibi Pompeo İranla müzakirələr üçün 12 şərt irəli sürmüşdü və irəli sürdükləri 12 şərti qəbul etmədən İranla müzakirə etməyəcəklərini demişdi. İndi bu mövqeyindən geri addım atıb və  heç bir şərt olmadan danışıqlar aparmağa hazır olduğunu bildirib.