HADİSƏ

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

Dağıntı və tələfat haqqında məlumat hələ ki, yoxdur
Sputnik

BAKI, 3 iyun — Sputnik. İndoneziyanın Nias və Sumatra adaları yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib. Sputnik Azərbaycan Avropa və Aralıq Dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir ki, titrəyişlər yerli vaxtla saat 05:57-də Sumatra adasında yerləşən Sibolqa şəhərindən 190 kilometr cənub-qərbdə və Padanq şəhərindən 321 kilometr aralıda qeyd olunub.

Zəlzələ mənbəyinin yerin 10 kilometr dərinliyində olduğu bildirilir.

Dağıntı və tələfat haqqında məlumat hələ ki, yoxdur.