Bu ilin “Dostluq üçün futbol” dünya çempionatına 32 beynəlxalq yığma qatılıb. Qeyd edək ki, komandalar müxtəlif milliyyətlərdən olan 12 yaşlı qızlar və oğlanlardan ibarət olub. Layihənin maraqlı tərəfi ondan ibarətdir ki, fiziki məhdudiyyətləri olan uşaqlar da burada iştirak edə biliblər.
Qeyd edək ki, Azərbaycanı dünya çempionatında “Sabah” U-12 komandasının üzvlərindən olan Ayxan Əlizadə və Babamirzə Mehdiyev təmsil edib.
Uşaqlar üçün beynəlxalq “Futbol üçün dostluq” sosial layihəsi “Qazprom” tərəfindən icra edilir. Bu il isə çempionat ən çoxmillətli oyun olaraq “Guinness”in rekordlar siyahısına düşüb.