HADİSƏ

Sumqayıtda avtobus yandı – VİDEO

Heydər Əliyev prospekti ilə 7 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus qəfildən alışmağa başlayıb
Sputnik

BAKI, 30 may — Sputnik. Bu gün Sumqayıtda marşrut avtobusunda yanğın olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, şəhərin Heydər Əliyev prospekti ilə 7 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus qəfildən alışmağa başlayıb.

Sürücü avtobusu saxlamağa müvəffəq olub və nəqliyyat vasitəsində  olan sərnişinlər dərhal düşürülüb.

Hadisə  yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının avtobusun digər hissələrinə keçməsinin qarşısı  alınıb.

.