CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda iki avtomobil toqquşdu, ölən və yaralanan var

Toqquşmadan sonra mikroavtobus əvvəlcə yol kənarındakı beton səkiyə, sonra isə dəmir hasara çırpılıb
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 2 iyun – Sputnik. Ələt-Astara magistral yolunun Lənkəran rayonu Liman şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən qəza baş verib. 

Bakıda ağır qəza: Ata və 10 yaşlı oğlu öldü
Sputnik Azərbaycanın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Lənkəran rayonu Liman şəhər sakini, 1984-cü təvəllüdlü İxtiyar Şüşəxanov idarə etdiyi 99-BP-220 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı mikroavtobusla Cəlilabad rayon sakini İlkin Rzayevin idarə etdiyi 90-PN-921 dövlət qeydiyyat nişanlı "Renault" markalı minik avtomobili toqquşub. Toqquşmadan sonra mikroavtobus əvvəlcə yol kənarındakı beton səkiyə, sonra isə dəmir hasara çırpılıb.

Nəticədə mikroavtobusun sərnişini, 1983-cü il təvəllüdlü Liman şəhər sakini Vüqar Rzayev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. "Mercedes" markalı mikroavtobusun sürücüsü İ. Şüşəxanov qapalı kəllə-beyin travması və sol diz sümüyünün açıq sınığı diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma davam etdirilir.