Çin ABŞ-ı müharibə ilə hədələdi: Bütün dünya üçün fəlakət olar

"ABŞ və Çin arasında müharibə dəhşət olar. Hər iki tərəf belə bir müharibənin həm özləri, həm də bütün dünya üçün fəlakət olacağını bilir"
Sputnik

BAKI, 2 iyun – Sputnik. Asiyanın ən böyük təhlükəsizlik zirvəsi olan və Sinqapurda keçirilən Shangri-La Dialoqunda çıxış edən ABŞ Müdafiə naziri Patrik Şanahanın sözləri aralığı qarışdırıb. Sputnik Azərbaycan xəbər verir ki, Çin Şanahana “fəlakət olar” cavabı verib.

Şanahan çıxışında Asiyanın təhlükəsizliyinə kömək göstərəcəklərini bildirərək, artıq Şərqi Çin dənizi və Tayvan kimi mövzular da daxil olmaqla bölgəni təhdid edən problemlərə göz yummayacaqlarını bəyan edib.

Buna cavab olaraq çıxış edən Çin müdafiə naziri Vey Tayvana müdaxilə edəcək hansısa dövlət və gücə qarşı sona qədər savaşacaqlarını bildirib: “Kimsə bizə hücum etməsə, biz də heç kimə hücum etmərik. Amma bizə hücum edənin cavabını da verərik. ABŞ və Çin arasında müharibə dəhşət olar. Hər iki tərəf belə bir müharibənin həm özləri, həm də bütün dünya üçün fəlakət olacağını bilir”.