HADİSƏ

Tut arzusu ürəyində qaldı: 59 yaşlı kişi ağacdan yıxılıb öldü

Tut yığmaq üçün hündür ağaca qalxan 1960-cı il təvəllüdlü rayon sakini Həsənov Tofiq Xanış oğlu müvazinətini itirərək yerə yıxılıb
Sputnik

BAKI, 2 iyun — Sputnik. Yevlax sakini tut yığmaq üçün çıxdığı ağacdan yıxılaraq ölüb.

Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, hadisə Yevlax şəhəri, Qamboy Quliyev küçəsi 3/13 ünvanındakı fərdi təsərrüfatda baş verib.

Belə ki, tut yığmaq üçün hündür ağaca qalxan 1960-cı il təvəllüdlü rayon sakini Həsənov Tofiq Xanış oğlu müvazinətini itirərək yerə yıxılıb. Zərbənin təsiri ilə o, çoxsaylı ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.