"Taliban" Əfqanıstanın "işğalına" son qoymağa çağırıb

Hərəkat başçısı sülh danışıqlarında ABŞ-dan "dürüstlük" gözləyir
Sputnik

BAKI, 2 iyun — Sputnik. "Taliban" radikal hərəkatının lideri Mövlavi Heybətullah Axundzadə Əfqanıstanın ABŞ hərbçiləri tərəfindən "işğalına" son qoyulmasına və ABŞ-ı sülh danışıqlarında "dürüst" olmağa çağırıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Heybətullah Axundzadə həmçinin "işğala son qoymaq və İslam sistemini möhkəmləndirmək" üçün əfqanlara birlik çağırışı ünvanlayıb.

"Taliban" lideri onu da qeyd edib ki, hərəkat sülh danışıqlarının aparılması üçün açıq mövqe tutur, lakin ABŞ-dan "dürüstlük" gözləyir.

Heybətullah Axundzadənin sözlərinə görə, "Taliban" hərəkatı hakimiyyəti ələ keçirməyə can atmır, lakin bütün əfqanların hakimiyyətdə rolunun olmasını istəyir.