SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Avropada küçə inqilabları qaçılmaz olacaq”

Beynəlxalq əlaqələr üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova deyir ki, Komissiya rəhbərinin kim olması həlledici məsələlərdən birinə çevrilib
Sputnik

Avropa İttifaqı (Aİ) Şurası ilə Avropa Parlamenti arasında Avropa Komissiyası sədrləri vəzifəsinə namizədlərin seçilməsi fonunda fikir ayrılığı yarana bilər. Bunu Avropa İttifaqı Şurasının başçısı Donald Tusk bildirib.

Beynəlxalq əlaqələr üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Avropada baş verən proseslər məntiqi nəticəsini parlamentə keçirilən seçkilərdə göstərdi: “Təbii olaraq bu, Avropa Komissiyası ilə İttifaq arasında ziddiyyətlərə gətirib çıxaracaq.  Çünki Komissiya rəhbərinin kim olması həlledici məsələlərdən birinə çevrilib. Buna görə də, Avropa strukturlarında müəyyən dəyişikliklər baş verə bilər. Əgər bu reformalara gedilməsə, küçə inqilabları qaçılmaz olacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz