RUSİYA

Rusiyada baş verən partlayışda yaralananların sayı artır

Partlayışda 19 nəfər xəsarət alıb
Sputnik

BAKI, 1 iyun — Sputnik. Rusiyanın Dzerjinsk şəhərində (Nijniy Novqorod vilayəti) yerləşən "Kristal" Elmi-Tədqiqat İnstitutunda partlayış baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, partlayış "Kristal" Elmi-Tədqiqat İnstitutunun trotil istehsalı sexində texnoloji prosesin pozulması nəticəsində yaranıb.

RİA Novosti regionun fövqəladə hallar xidmətinin rəsmisinə istinadən xəbər verir ki, partlayışda 19 nəfər xəsarət alıb.  

Həmçinin trotil istehsalı müəssisəsinin 100 kvadrat metr sahəsində dağıntılar müşahidə olunur. 

Partlayışdan sonra yaranmış yanğın 100 kvadrat metr ərazini əhatə edir. Bununla yanaşı, partlayışdan sonra yaxınlıqda yerləşən Pıra yaşayış məntəqəsinə elektrik enerjisi təchizatında fasilələr yaranıb və evlərin şüşələri sınıb.