BAKI, 1 iyun — Sputnik. Nazirlər Kabineti "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanının 3.2-ci və 3.4-cü bəndlərinin icrasını təmin etmək məqsədilə qərar verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.
Bu Qərarla Nazirlər Kabinetinin 2002-ci il 9 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydaları"nın 1-ci hissəsindən "və "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 514 nömrəli Fərmanının 1.9-cu bəndi" sözləri çıxarılıb.
Və NK-nın 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"na 7 nömrəli əlavə - "Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısında dəyişikliklər edilib.
Qərarın 2-ci hissəsi 2019-cu il aprelin 1-dən tətbiq edilir.