SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan İstanbul seçkiləri ilə bağlı: "Ortada başqa bir oyun var"

"Türkiyə hər sahədə son əsrin ən kritik mübarizəsini aparır. İstanbul seçkiləri də bu mübarizənin bir parçasıdır"
Sputnik

BAKI, 1 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçiriləcək bələdiyyə seçkilərindən danışıb.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Ərdoğan deyib: "Əgər bu seçkilərin nəticələrini xaricdəki bəzi qüvvələr İstanbul xalqından daha yaxından təqib edirsə, sevincdən qışqırır və ya kədərlərini ifadə edirsə, ortada başqa bir oyun var deməkdir. Yaşadığımız iqtisadi çətinlikləri sadəcə bizim məhsul zənn edənlər oynanılan böyük oyundan xəbərdar deyillər. Binəli Yıldırımı İstanbulun bələdiyyə sədrinə namizəd olaraq irəli sürdük və onunla İstanbulu daha da irəliyə aparacağıq".

Ərdoğan bildirib ki, Türkiyədə bir qisim böyük oyunu görməkdə çətinlik çəkir: "Suriya, İraq, Kipr məsələsini sadəcə bu ölkənin problemi hesab edənlər böyük oyunu görməyənlərdir. Türkiyə hər sahədə son əsrin ən kritik mübarizəsini aparır. İstanbul seçkiləri də bu mübarizənin bir parçasıdır. İstanbulluların ən doğru seçim edəcəyinə inanıram".