CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edildi

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında istifadə edilən plastik kartlar bu istiqamətdə də keçərlidir.
Sputnik

BAKI, 1 iyun — Sputnik. 03 iyun 2019-cu il tarixdən etibarən Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edilir. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Dəmiryolları QSC-dən məlumat verilib.

Bildirilib ki, Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş plastik kartla və bilet kassalarında, köşklərdə əldə edilən kağız biletlərlə həyata keçiriləcək.

Plastik kartlar Bakı-sərnişin stansiyasında, Keşlə, Köroğlu, Bakıxanov dayanacaqlarında və Sabunçu stansiyasında bilet kassalarında əldə oluna bilər.

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında istifadə edilən plastik kartlar bu istiqamətdə də keçərlidir.

Cədvəl:

Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edildi