ABŞ-dakı Türkiyə əleyhdarlarının son vaxtlar ABŞ Konqresi nəzdindəki fəallıqlarını artırdıqlarını müşahidə edirik. 22 may tarixində ABŞ Nümayəndələr Məclisi Xarici Əlaqələr Komitəsində qəbul edilən "ABŞ-Türkiyə ittifaqına yönəlmiş narahatlıqların ifadə edilməsi" başlıqlı qərar bunun yeni bir təzahürüdür. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat müşaviri Hami Aksoy sözügedən qərar layihəsinə Türkiyə XİN-in münasibəti haqqında suala cavab verərkən bu ifadələri bildirib.
Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, Türkiyənin S-400 raketlərini alması hər hansı problem yaratmayacaq:
“ABŞ təbii olaraq bu kompleksin alınmasına qarşıdır. Ona görə də ABŞ NATO üzvü olan Türkiyəyə müəyyən qadağalar qoyur. ABŞ həm də öz raket komplekslərini Türkiyəyə satmağı planlaşdırır. ABŞ-Türkiyə münasibətləri son həddə çatan deyil. Çünki bu dövlətlərin xarici siyasətində ümumi maraqlar üstünlük təşkil edir. Buna görə də ölkələr arasında yaranmış narazılığın böyük gərginliyə səbəb olacağını düşünmürəm”.
Qeyd edək ki, ABŞ hökuməti Türkiyəyə Rusiya "S-400" zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib. Bu barədə öz mənbələrinə istinadən CNBC telekanalı məlumat yayıb.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz