CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbul imtahanlarının nəticəsi açıqlandı

Abituriyentlər iş nömrələrini bütün mobil operatorlarda 7727-ə nömrəsinə göndərməklə imtahan nəticələri ilə tanış ola bilərlər.
Sputnik

BAKI, 31 may – Sputnik. II və III qruplar üzrə qəbul imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Sputnik Azərbaycan-a verilən məlumata görə, abituriyentlər iş nömrələrini bütün mobil operatorlarda 7727-ə nömrəsinə göndərməklə imtahan nəticələri ilə tanış ola bilərlər.

Nəticələr yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.

Qeyd edək ki, bundan əvvəl I və IV qruplar üzrə imtahanın nəticəsi açıqlanmışdı.