İQTİSADİYYAT

Neft niyə ucuzlaşır - Professor qiymətlərə təsir edən amilləri açıqladı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, önəmli amillərdən biri ABŞ və Çin arasında yaşanan ticarət müharibəsidir
Sputnik

Son günlər neftin ucuzlaşmasında əsas amil kimi ABŞ və Çin arasında yaranmış ticari mübahisələri göstərilir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, neftin qiymətinə təsir edən iki fundamental amil var:

“Bunlardan biri ABŞ tərəfindən dünya neft bazarına, o cümlədən daxili bazara çıxarılan neft təkliflərinin çoxalması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, bu kifayət qədər dayanıqlı prosesdir. İkinci önəmli amil isə ABŞ və Çin arasında yaşanan ticarət müharibəsi ilə bağlıdır. Bu ticarət müharibəsinin yaxın müddətdə sonlanması gözlənilmir. Bu proses bütün dünya iqtisadiyyatında təlatümlü hadisələrə səbəb olacağı gözlənilir. Bilavasitə neft qiymətləri aşağı trayektoriya ilə inkişaf edə bilər”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz