CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat MİS məsələsini gündəmə gətirdi

"Təkcə təmsil olunduğum Binəqədi rayonunda 400-dən çox istifadəyə yararsız lift var"
Sputnik

BAKI, 31 may — Sputnik. "Seçicilər tərəfindən bizə edilən müraciətlərin bəzilərini səsləndirmək istərdim. 

Milli Məclis mühüm məsələlərin həlli üçün toplanıb
Mənzil-kommunal təsərrüfatları ilə bağlı çox ciddi problemlər var. Büdcədən 451 milyon manat vəsait ayrılıb. Doğrudan da bu gün mənzil-kommunal təsərrüfatları ilə bağlı olan qurumların özəlləşməsinə ehtiyac var".

Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Azay Quliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, təkcə təmsil olunduğum Binəqədi rayonunda 400-dən çox istifadəyə yararsız lift var: "Bu gün bunun həlli çox vacibdir. Həmçinin ayrılan vəsaitin necə xərclənməsi də sual doğurur. Yaxud da Xocəsən qəsəbəsində mədəniyyət evinin yenidən qurulması ilə bağlı 430 min manat vəsait ayrılıb. Ancaq bu vəsaitin icrası təmin olunmayıb. Hörmətli maliyyə nazirindən bu məsələyə diqqət ayırmasını xahiş edərdim".