CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatdan daha bir təklif: "Əhali üçün işığın limiti ləğv edilsin"

"Əhali xüsusilə isti aylarda kondisionerdən istifadə edir və soyuq havalarda qaz olmayanda yenə elektrik enerjisinə üz tutur"
Sputnik

BAKI, 31 may — Sputnik. "Biz Milli Məclisdə qazın limitinin artırılması ilə bağlı məsələ qaldırmışdıq. Dövlət başçısının tapşırığından sonra qazın limiti artırıldı və bu, müsbət addımdır. Hesab edirəm ki, əhali üçün elektrik enerjisinə tətbiq edilən limit də aradan qalxmalıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, elektrik enerjisi istehlak edən əhali qrupunun vəziyyəti yaxşı deyil: "Əhali xüsusilə isti aylarda kondisionerdən istifadə edir və soyuq havalarda qaz olmayanda yenə elektrik enerjisinə üz tutur. Hesab edirəm ki, elektrik enerjisi ilə bağlı istehlakçılar üçün limit aradan qaldırılmalıdır".