Dünya ölkələri yeni texnologiyalar sahəsini yarışma platformasına çevirib desək, yanılmarıq. Hər biri yeni ixtiraları ilə digərlərini geridə qoymağa çalışır.
Çin də istisna deyil. Bu yaxınlarda, Pekində keçirilən 10-cu Çin Peyk Naviqasiyası Konfransında Çinin BeiDou Naviqasiya Peyk Sisteminin ən son nailiyyətləri sərgilənib. Onların arasında ən son innovasiya özünü idarə edə bilən traktor olub.