CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda axşam qiyabi məktəblər ləğv edilir

Ölkədə icbari təhsil 9 illik olduğundan ötən ildən qəbul dayandırılıb
Sputnik

BAKI, 31 may — Sputnik. "Növbəti ildən Bakıda fəaliyyət göstərən 7 axşam qiyabi məktəbləri ləğv olunacaq".

Ali təhsil müəssisələrinə qəbulla bağlı yeni qərar verildi

Sputnik Azərbaycan "Report"-a istinadla  xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev deyib.

O bildirib ki, buna səbəb 10-cu sinfi bitirən şagirdlərin həmin məktəblərə müraciət etməməsidir: "Yəni bu gün ölkədə icbari təhsil 9 illik olduğundan ötən ildən qəbul dayandırılıb.

Əvvəl icbari təhsil 11 illik idi. Axşam məktəblərində isə 2 illik dərs 3 ilə keçirilirdi. 2 il əvvəl axşam məktəblərində təhsil alan şagirdlərin sayı 700-ə yaxın idi. Artıq 10-cu sinifdən sonrakı müddətdə axşam məktəbinə müraciət olmadığı üçün gələn ildən bu məktəblər fəaliyyətini dayandıracaq".

F.Həmzıyev qeyd edib ki, axşam məktəblərində 18 yaşdan yuxarı, 40 yaşa qədər insanlar təhsil alırdı.