Populyar oyuna görə 4 uşaq həbs edildi

Hökümət uşaqların Pubg oyunu asılılıqlarından şikayətçidir
Sputnik

BAKI, 31 may — Sputnik. Hindistanda Pubg oynayan 4 uşaq həbs edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bütün dünyada oynanılan oyun Hindistanda qadağan edilib.

Bu qadağadan sonra cəmiyyət arasında açıq şəkildə Pubg oynayan 4 uşaq həbs edilib.

Hökümət uşaqların Pubg oyunu asılılıqlarından şikayətçidir.

Mütəxəssislərə görə, oyun uşaqlarda diqqət pozuntusuna səbəb olur. Bununla yanaşı oyun uşaqlarda zorakılığa və aqressivliyə meyl yaradır.

Oyun bir çox ölkələrdə artıq qadağan edilib, bəzi ölkələr isə oyunun qadağan edilməsinə hazırlıq görür.