RUSİYA

Məşhur hava limanının adı dəyişdirildi

Vladimir Putin ölkədə 40-dan çox hava limanının adının dəyişdirilməsi ilə bağlı fərman imzalayıb
Sputnik

 

BAKI, 31 may — Sputnik. Moskvanın Şeremtyevo hava limanı böyük rus şairi Aleksandr Puşkinin şərəfinə adlandırılıb.

Rusiya Prezidenti Vladimir Putin ölkədə 40-dan çox hava limanının adının dəyişdirilməsi ilə bağlı fərman imzalayıb. Sputnik Azərbaycan xəbər verir, Rusiya liderinin fərmanı rəsmi hüquqi məlumatlar portalında dərc olunub.

Fərmana əsasən, Şeremtyevo aeroportu şair Aleksandr Puşkinin, Domodedovo hava limanı Mixail Lomonosovun, Vnukovo hava limanı isə aviakonstruktor Andrey Tupolvenin şərəfinə adlandırılıb.