BAKI, 31 may - Sputnik. Bakı metrosunun işində ləngimə yaranıb.
Şahidlərin Sputnik Azərbaycan-a verdikləri məlumata əsasən, səbəb metro stansiyalarının birində sərnişinin qatarın altına düşməsidir. Bu barədə maşinistlər qatarda elan veriblər.
Şahidlərin dediyinə görə, bir qadın özünü "28 may" stansiyasında qatarın altına ataraq intihar edib.
“Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır və rəsmi məlumat veriləcək.