CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yoxlama aparılacaq sahələrin siyahısı genişləndirildi

Yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti sahəsində yoxlamaların aparılmasına icazə verilib
Sputnik

BAKI, 30 may - Sputnik. Milli Məclisin plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanunun 2.1-ci maddəsinə təklif edilən dəyişikliklə qanunun tətbiq dairəsi genişləndirilir. 

Məktəblərdə yoxlama olacaq - Qripli uşaqlar dərsə buraxılmayacaq
Belə ki, təklif edilən dəyişiklik yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur.

Mövcud qanuna görə, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.

Təklif edilən dəyişikliyə əsasən yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar da bu siyahıya əlavə edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.